Gürcüstanda Azərbaycan dilində jurnallar nəşr olunub

 

Gürcüstanda ilk dəfə Azərbaycan gürcü dillərində nəşr edilənŞəfəq-SxiviKörükjurnallarının təqdimat mərasimi olub. Gürcüstan Yazıçılar Birliyində (GYB) keçirilən tədbirdə Azərbaycan Türkiyədən yazıçılar, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı digər rəsmi şəxslər iştirak ediblər.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli Azərbaycan Gürcüstan arasında dostluq əlaqələrindən danışıb, Tbilisidə Azərbaycan dilində jurnalların nəşrini mühüm hadisə adlandırıb. Bildirib ki, GYB- Azərbaycan bölməsinin yaradılması, Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun iştirakı ilə TbilisidəMüasir Azərbaycan nəsri antologiyası”nın təqdimatının keçirilməsi, şair yazıçılarımızın əsərlərinin Azərbaycan gürcü dillərinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Qeyd olunub ki, “Şəfəq-Sxivijurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, tənqidçilərdən Zaal Borkoveli başqalarının əsərlərinin Azərbaycan dilində dərc olunması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri, yazıçı-publisist Allahverdi Təhləli jurnalın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib. O, Azərbaycan gürcü xalqlarının oxşar taleləri, ədəbi mühiti, mədəni əlaqələrimizin inkişaf perspektivləri barədə məlumat verib.

Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı Azərbaycanda gürcü ədəbiyyatının, eləcə Gürcüstanda Azərbaycan mədəniyyətinin eyni dərəcədə sevildiyini bildirib, bu istiqamətdə layihələrin vacibliyini vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 15.