Qafqaz Gürcüstana və Azərbaycana kulinar səyahət

 

Londonda yaşayan məşhur aşpazın kitabı Almaniyada nəşr olunub

 

Almaniyada alman dilində Qafqaz Gürcüstana və Azərbaycana kulinar səyahət adlı kitab nəşr olunub. Kitabın müəllifi Ukrayna əsilli Londonun məşhur baş aşpazı Olqa Herkulesdir.

Gürcüstan Milli Kitab Mərkəzinin yaydığı məlumatda vurğulanır ki, artıq Avropa qurmanları alman dilində Gürcüstan və Azərbaycan mətbəxi ilə tanış ola biləcəklər. Kitab Knesebeck Verlag alman ədəbi nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, Olqa Herkules Ukrayna mətbəxi haqqında kitab yazan beynəlxalq dərəcəli ilk aşpaz hesab olunur. Hər ay Guardian qəzetində onun reseptləri dərc olunur.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 16.