Moskvada azərbaycanlı yazıçının kitabının təqdimatı

 

Moskvanın Hökumət evində Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar iclası və Rusiya Millətlər Assambleyasının konqresi keçirilib.

Tədbirlər çərçivəsində ədəbiyyat üzrə Avrasiyanın ikinciLiFFtFestivallar Festivalının təşkilat komitəsinin mətbuat konfransı da təşkil olunub. Bu il Rusiyanın Soçi şəhərində 37 ölkədən 170 müəllifin iştirakı ilə keçirilən festivalın qalibi Azərbaycan yazıçısı Varis Yolçuyev olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibin vətənində keçiriləcəyi elan edilib.

Festivalın Avrasiya üzrə qalibi Varis Yolçuyevin, eləcə də Rusiya üzrə qalibi Nikolay Şamsutdinovun “Qızıl LiFFt” seriyasından çıxmış kitabları ictimaiyyətə və mediaya təqdim edilib. Həmyerlimizin “Metamorfoz” adlı romanı Azərbaycan, ingilisrus dilində çap olunub.

Təqdimatda ictimai-siyasi, elm, ədəbiyyat xadimləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 7.