Azərbaycan təsviri sənətinə töhfələr

 

Xalq rəssamı Hüseyn Əliyevin geniş auditoriyaya məlum olmayan əsərləri aşkarlanıb

 

XX əsrin 40-cı illərindən başlayaraq Azərbaycanın yaradıcılıq məkanında özünəməxsusluğu ilə seçilən məşhur sənətkarlardan biri Xalq rəssamı Hüseyn Əliyev (1911-1991) olub. Mövzujanr müxtəlifliyi, bədii təsvir vasitələrinin rəngarəngliyi rəssamın yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdir.

Təsviri sənətin müxtəlif janrlarında fırçasını sınayan rəssamın yaradıcılığında cəmiyyətdəki çatışmazlıqları, savadsızlığı, dini mövhumatçılığı, cəhaləti kəskin tənqid edən karikaturalaraqrafik rəsmlərə, vətənpərvərlik mövzusunda plakatlara, əməkçilərin, görkəmli ədiblərin, mütəfəkkirlərin və tarixi şəxsiyyətlərin obrazlarını canlandıran portretlərə, Azərbaycan təbiətinin valehedici gözəlliyini əks etdirən mənzərələrə, təbiətin nemətlərini təsvir edən natürmortlara, o cümlədən məişət janrlı əsərlərə rast gəlinir.

Hüseyn Əliyevin mətbuat orqanlarında rəssam kimi fəaliyyəti qrafik rəsmlər və karikaturalar ilə səciyyələnir. Onun mütərəqqi ideyalarla zəngin olan karikaturaları yaradıcılığının erkən dövrlərini əhatə edir. 1929-cu ildə o, hələ tələbə ikən “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etməyə başlamış, dövrünün görkəmli maarifçiləri ilə tanış olmuşdu. Rəssam burada Cəlil Məmmədquluzadə kimi böyük mütəfəkkirin əsərlərindən, mütərəqqi fikirlərindən bəhrələndi. İlk qrafik rəsmləri bu mətbu orqanda dərc olunmuşdu. 1931-ci ildən isə “Kommunist” qəzetində çalışmışdı. Qəzetdə dünyada baş verən proseslər, daxilixarici hadisələr bir çox hallarda satirikyumoristik üsulla təsvir edilirdi.

Mövcud siyasi rejim və cəmiyyət arasında olan münasibətin təsvirində rəssam ən uğurlu səhnələrin tapılıb əks olunmasını böyük professionallıqla həyata keçirməyə müvəffəq olmuşdur. O, bu sahədə Əzim Əzimzadə ilə həmfikir idi. Öz dövründə yaşanan ictimai-siyasi hadisələri obyektiv təhlil edə bilirdi. Bu baxımdan o, “Molla Nəsrəddin” jurnalında dövrün ziyalısı kimi elmi dini xurafatdan ayıran, dini öz mənafeyinə yönləndirən mühiti tənqid atəşinə tutan karikaturalar yaradırdı. Cəlil Məmmədquluzadənin satirik felyetonları, məqalələri rəssamın çəkdiyi karikaturaqrafik rəsmləri ilə birləşərək vahid bir kompozisiya yaradırdı. Söz və rəsm burada sanki bir-birini məntiqi cəhətdən tamamlayırdı. Bu karikaturaları araşdırarkən biz Hüseyn Əliyevin simasında nəinki bir karikaturaçı rəssam, eyni zamanda maarifpərvər insanı görürük.

1952-ci ildə “Kirpi” jurnalının nəşrə başlaması satirik qrafikanın inkişafında yeni mərhələ oldu. Jurnal “Molla Nəsrəddin”in varisi kimi onun ənənəvi üsulunu izləyirdi. Karikaturaların bədii-estetik həllində “Molla Nəsrəddin” ənənələrindən ustalıqla istifadə olunurdu.

Məhsuldar yaradıcılığı ilə seçilən rəssam “Kirpi”nin ilk saylarından başlayaraq jurnalla sıx əməkdaşlıq edirdi. O dövrdə qrafikanın, xüsusilə satirik qrafikanın qarşısında duran əsas məqsəd sülh uğrunda mübarizə, yeni müharibə qızışdırıcılarının ifşası kimi mövzular olmuşdur. Hüseyn Əliyevin satirik qrafikası insan şüurunda kapitalist qalıqları, burjua ideologiyasının tör-töküntüləri ilə mübarizə aparır, istehsalatda, kolxozda məişətdə olan çatışmazlıqları ifşa edirdi.

“Kirpi” jurnalında ictimai mülkiyyəti dağıdan, tüfeyli həyat tərzi sürən, vəzifədən sui-istifadə edən adamlar güclü tənqid atəşinə tutulurdu.

Məlum olduğu kimi, karikaturaların əsas məqsədi ironiya sarkazm vasitəsilə mənfi keyfiyyətləri ifşa edərək cəmiyyətdə onları tənqid etmək insanlarda bu xüsusiyyətlərə qarşı acı gülüşlə mənfi reaksiya yaratmaqdır. Bu baxımdan rəssamın “Köhnə əlifbanın dəfni”, “Kişi evlənir”, “Məktəblərimizdə”, “Çadramı saxla, dərsdən sonra götürəcəyəm”, “Tarixin dərsini yaddan çıxaranlar üçün”, “Elmlər doktoru”, “Bir sirrin sərgüzəşti”, “Sərxoş ayna qabağında” başqa əsərləri ibrətamiz məzmunu ilə böyük əhəmiyyət kəsb edir.

Hüseyn Əliyevin yaradıcılığı bədii irsi bu gün aktuallığını qoruyub saxlayaraq müxtəlif elmi işlərin tədqiqat obyektidir. Karikatura rəssamın yaradıcılığının ən geniş tədqiq edilmiş sahəsidir. Lakin buna baxmayaraq onun 1953-cü ildə nəşr olunmuş “Kirpi” jurnalından başqa heç bir yazılı mənbədə işıqlandırılmamış karikaturaları, eləcə plakat məişət janrlı tabloları tədqiqatçılar tərəfindən yenicə aşkar edilmişdir. Onlardan həmin ildə jurnalın 7-ci 9-cu saylarında dərc olunmuş karikaturaları nümunə göstərmək olar. Bunlar  “İki məktəblinin söhbəti” “Rayonların çoxunda süd təhvili planı yerinə yetirilmir” adlı rəsmlərdir.

Birinci əsərdə fikirləri bir-birinə zidd olan iki məktəbli təsvir olunmuşdur. Əsərin mənasını açmağa xidmət edən köməkçi detallardan belə məlum olur ki, onlar arasında söhbət elm asan yolla əldə edilmiş qazancın müqayisəsindən gedir. Məktəbli forması geyinmiş oğlanın əlində kitab, sərbəst geyimli onunla həmyaşıdının əlində isə müxtəlif ərzaq dolu zənbil papiros qutusu diqqətçəkən detallardandır. Bu karikaturada tüfeyli həyat tərzi ilə elmi fəaliyyətin nəticələri təzadlı şəkildə qarşılaşdırılmışdır.

“Rayonların çoxunda süd təhvili planı yerinə yetirilmir” adlı karikatura “Kirpi”nin 9-cu nömrəsində çap olunmuşdur. Hüseyn Əliyevin tənqid hədəfinə çevrilən növbəti mövzu vəzifə başında duran məsul şəxsin öz işini icra etməməsidir. Burada süd qəbul edən məntəqə təsvir olunub. Müəllif satiranı daha da kəskinləşdirmək üçün kompozisiyanın mərkəzində buzovla böyük bir inək yerləşdirmişdir. Məsul şəxsin südü təhvil almamaqdan ötrü uydurduğu bəhanələri kəsmək üçün rayon sakinlərindən biri hətta inəyi onun gözü qarşısında sağır. Məntəqə qarşısında əllərində süd dolu qablarla hələ növbə gözləyənlər çoxdur. Məmurun masasının yanında rayon sakinlərindən təhvil alınan südlə doldurulmalı olan boş bidonlar əsərin ideyasının açılmasına xidmət edən detallardır.

Kağız üzərində sulu boya ilə işlənmiş hər iki karikaturanın üzərində görkəmli rəssamın imzası var.

Rəssamın tədqiqatdan kənarda qalmış bir ay öncə üzə çıxarılan əsərlərindən pambıqçılara, kənd təsərrüfatında qadınların böyük roluna, hərbi hava qüvvələrinə yardım cəmiyyətinə s. mövzulara həsr olunmuş plakatlar, “Corat. Sumqayıt” adlı məişət tablosunu da qeyd etmək lazımdır.

Hüseyn Əliyev öz qrafik rəsm karikaturalarında, əsasən, cəmiyyətdə baş verən siyasi ictimai hadisələrə öz münasibətini bildirərək bədii təsvir vasitələrindən düzgün yerində istifadə etməklə ideyalarını tamaşaçıya çatdırırdı.

Görkəmli fırça ustası Azərbaycan təsviri sənətində göstərdiyi xidmətlərinə görə 1977-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür. O, əsərlərini işləyərkən yaşadığı təəssüratları tamaşaçıya da yaşatmağa dərk etdirməyə qadir olan böyük sənətkar kimi Azərbaycan təsviri sənətində öz yerini həmişə saxlayacaqdır.

 

Səyyarə SADIXOVA, sənətşünas

 

Mədəniyyət.- 2018.- 27 iyul.- S. 12.