"Azərbaycan romantikləri və Xalq Cümhuriyyəti"

 

 

 Hüseyn Cavidin ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birgə Cümhuriyyətin 100 illiyi münasibətilə "Azərbaycan romantikləri Xalq Cümhuriyyəti" mövzusunda elmi konfrans keçirilib. Tədbir Hüseyn Cavid, Əhməd Cavad Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığına həsr olunub.

   İştirakçılar muzeyin ekspozisiyasında "Cümhuriyyət dövründə Hüseyn Cavidin həyat yaradıcılığı" adlı sərgi ilə tanış olubar. Konfransda tarix üzrə elmlər doktoru Minaxanım Əsədli, Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, muzeyin elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü, muzeyin şöbə müdiri Lalə Əliyeva, filologiya üzrə fəlsəfə doktorları Yusif Günaydın, Əzizağa Nəcəfzadə, Arzu Hacıyeva məruzələrlə çıxış ediblər.

   AMEA Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya elmləri doktorları Paşa Kərimov, Aybəniz Kəngərli, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə məruzələrlə bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.4.