Əskişəhərdə Cümhuriyyətə həsr olunmuş beynəlxalq konfrans

 

 

 

Mayın 25-28-də Türkiyənin Əskişəhər şəhərində "100 ilində Azərbaycan Cümhuriyyəti" adlı beynəlxalq konfrans keçirilib. Tədbir Anadolu Universitetində Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

   Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova təmsil edib. Q.Mahmudova "Türkiyə ədəbiyyatında Azərbaycan Xalq Cümhuriyyəti: bir əsər üzərində incələmə" adlı məruzə ilə çıxış edib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.11.