Avropa şəhərciyi" yenidən Bakıda...

Festival Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub

 

İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - "Avropa şəhərciyi - 2018" festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv olan 20 ölkənin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə reallaşacaq.

"Caspian Event Organisers" (CEO) şirkətinin dəstəyi ilə təşkil olunacaq festivalın geniş tədbirlər proqramı var. "Avropa şəhərciyi"ndə Avropa ölkələrinə virtual turlar, milli Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimya fizikaya dair eksperimentləri ehtiva edən bilik şouları, rəsm, çələng toxuculuğu üzrə ustad dərsləri, "3D" qələmlə müxtəlif obyektlərin çəkilməsi digər tədbirlər keçiriləcək. Respublika İncəsənət Gimnaziyasının şagirdləri festival çərçivəsində gipsdən gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Festivalın qonaqları paella kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar.

Bu il "Avropa şəhərciyi"nə dəstək verən "Park Cinema" festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər hədiyyə biletləri hazırlayıb. Festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənəti növlərini kitab sərgisini nümayiş etdirəcək. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik ağacda oyma) ibarət milli "Dastan" brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikası Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

"Avropa şəhərciyi" qonaqlar üçün gecə saatlarına qədər açıq olacaqkonsert proqramı ilə başa çatacaq.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.16.