Cümhuriyyətin 100 illiyinə həsr olunmuş klipin təqdimatı

 

 

Azərbaycan Milli Konservatoriyasında II kurs tələbəsi, beynəlxalq və respublika müsabiqələri laureatı İbrahim Babayevin ifa etdiyi "Azərbaycan" adlı əsərin təqdimatı keçirilib.

Konservatoriyadan bildirilib ki, klip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbirdə ifaçı İbrahim Babayev klipin ərsəyə gəlməsindən danışıb. Rektor, Xalq artisti Siyavuş Kərimi çıxış edərək yaradıcı heyəti təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Azərbaycan" əsərinin müəllifi Lalə Cəfərova, klipin rejissoru isə Məzahir Haşımovdur.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.10.