“Sazda-sözdə Dədə Şəmşir"

 

 

Mayın 25-də Gədəbəy Aşıq Məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış saz-söz ustası Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş "Sazda-sözdə Dədə Şəmşir" adlı ədəbi-bədii tədbir və ustadın kitablarından ibarət sərgi keçirilib.

Tədbir "Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli sərəncamına müvafiq olaraq təşkil edilib.

Rayon ictimaiyyətinin iştirak etdiyi yubiley tədbirində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Gədəbəy rayonundan ustad sənətkar, Əməkdar mədəniyyət işçisi aşıq İmanverdi Mustafayev çıxış ediblər.

Tədbirin bədii hissəsində məktəbin şagird və müəllimləri müxtəlif aşıq havalarında Aşıq Şəmşirin sözlərini oxuyublar.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.13.