Şagird və tələbələrin birgə konserti keçirilib

 

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində məktəbin şagirdləri və Milli Konservatoriya nəzdində Musiqi Kollecinin tələbələrinin birgə konserti keçirilib. Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş konsertdən öncə məktəbin direktoru, Əməkdar müəllim A.Yusifova çıxış edərək birgə əməkdaşlığa görə kollecin direktoru, Əməkdar incəsənət xadimi N.Kazımova minnətdarlığını bildirib.

   Musiqişünas A.Manafova Cümhuriyyətin tarixi barədə məruzə ilə çıxış edib.

   Dirijor Ə.Rzayevin rəhbərliyi ilə Musiqi Kollecinin nəfəs alətləri orkestri və F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin şagirdləri Azərbaycan himnini ifa edib.

   Sonra səhnədə məktəbin şagirdlərinin maraqlı ifaları dinlənilib.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.5.