"Ömürdən uzun gecə" nümayiş olunub

 

 

 C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində şair-dramaturq Hidayətin "Ömürdən uzun gecə" əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.

   Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir. Rollarda Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.5.