"Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018" adlı dəyirmi masa keçirilib

 

 

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018" ilinə həsr olunmuş dəyirmi masa keçirilib.

   Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin böyük məsləhətçisi Ramazan Abbasov və digər qonaqlar iştirak ediblər.

   Çıxışçılar Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın tarixi, bölgədə təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat, mədəniyyət və digər sahələrin inkişafı barədə danışıblar. Bildirilib ki, çoxlu sayda görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetirmiş bu diyar ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.

   Sonda "Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018" ili ilə əlaqədar hazırlanmış videoslayd nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.4.