Daşkənddəki soydaşlarımızın bayram tədbiri

 

 

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib.

Əvvəlcə iştirakçılar Cümhuriyyətin tarixinə dair sərgi ilə tanış olublar.

Çıxışlarda Xalq Cümhuriyyətinin tarixindən söz açılıb. Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, gerbihimnini qəbul edib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair sənədli film nümayiş etdirilib, məktəblilər ölkələrimizin dostluğu ilə bağlı şeirlər səsləndiriblər. Mərasim konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2018.- 1 iyun.- S.11.