Xalq artisti Həsənağa Turabovun xatirəsi anılacaq

 

İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli aktyor, Xalq artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılacaq, teatr və kino sənətimizin inkişafındakı xidmətlərindən bəhs olunacaq.

 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.2.