Balaca rəssamlar mükafatlandırılacaq

 

İyunun 6-da Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm festivalının bağlanış mərasimi keçiriləcək.

Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan festivala sərgi ilə yekun vurulacaq.

Yekun mərasimdən öncə festival çərçivəsində keçirilmiş müsabiqənin iştirakçıları arasından seçilən uşaqlar açıq havada öz əsərlərini yaradacaqlar.

Sərgi zamanı qaliblərə beş nominasiya üzrə mükafatlar təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.3.