Nakam şairin ata ocağında anım tədbiri

 

Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar şairin ata ocağında - Xızı rayonunun Sayadlı kəndində anım tədbiri keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət incəsənət xadimləri, şair yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri, poeziyasevərlər iştirak edib. Şairin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, idarənin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, “Mikayıl Müşfiqgəmisinin kapitanı olmuş Sakit Məlikov başqaları çıxış ediblər.

Şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.

Tədbirin sonunda Xalq artisti Nurəddin Mehdixanlı Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamını oxuyub.

Tədbir Xızı rayon Heydər Əliyev Mərkəzində konsert proqramı ilə davam edib.

 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.4.