Muzeylərdə uşaqların bayramı

 

Azərbaycan Xalça Muzeyində Beynəlxalq uşaqları müdafiə günü münasibətilə tədbir keçirilib. Bir günəşin altında” adlı bayram tədbirində paytaxt məktəbliləri iştirak ediblər.

Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin rəhbəri Azər Abdullayev çıxış edərək ənənəvi tədbirin zəngin proqramı barədə məlumat verib. Bayram tədbirində “Sən istedadsan” layihəsinin iştirakçılarının çıxışları dinlənilib, klounlar və nağıl qəhrəmanları ilə viktorinalar keçirilib. Məktəblilər muzeydə qurulmuş hanada xalçalara öz ilmələrini vurublar.

 

* * *

 

Abdulla Şaiqin ev-muzeyində də Beynəlxalq uşaqları müdafiə gününə həsr olunan tədbir keçirilib. Muzeyin direktoru Ülkər Talıblı maarifpərvər yazıçının həyat və yaradıcılığından danışıb. Məktəblilər muzeyin ekspozisiyası ilə tanış olublar.

Tədbirdə Abdulla Şaiqə həsr edilən film və “Tıq-tıq xanım” tamaşası göstərilib. Uşaqlar ədibin əsərlərindən nümunələr

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.4.