Xalq artisti uşaqlar üçün
oxuyub
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin təşkilatçılığı
ilə sağlamlıq imkanları məhdud, valideyn
himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində Beynəlxalq
uşaqları müdafiə günü
ilə əlaqədar konsert keçirilib.
Baş idarədən bildirilib ki,
tanınmış opera
ifaçısı, Xalq artisti
Fidan Hacıyeva maraqlı konsert
proqramı ilə uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edib.
Müğənni
Nüşabə Musayevanın və Fidan
Hacıyevanın rəhbərlik etdiyi Vokal musiqi məktəbinin
tələbələrinin çıxışları da hər kəsdə xoş
ovqat yaradıb.
Sonda uşaqlara
müxtəlif oyunlar və viktorinalarda fərqləndiklərinə
görə diplomlar təqdim olunub.
Mədəniyyət.- 2018.- 6 iyun.- S.10.