Diriliş Ertoğrul”un Bahaduru Musiqili Teatrda

 

Türkiyənin məşhurParamparçaDiriliş Ertoğrulseriallarında canlandırdığı obrazları ilə tanınan aktyor rejissor Ərtoğrul Postoğlu xanımı İlkay Özdin Postoğlu paytaxtımıza səfər zamanı Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səmimi keçən görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Teatrın direktor müavini Hüseyn Hüseynov qonaqlara sənət ocağının tarixi, fəaliyyəti barədə məlumat verib.

Teatrla tanışlıqdan məmnunluğunu bildirən Ərtoğrul Postoğlu deyib: “Musiqili Teatrda nümayiş olunan tamaşalarınız barədə türkiyəli həmkarlarımdan eşitmişdim. Həqiqətən teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək imkanlara malikdir. Ən önəmlisi isə odur ki, Azərbaycanda dövlət səviyyəsində teatra, incəsənətə qiymət verilir”.

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.10.