Klassik musiqi inciləri”

 

 

Pianoçu Arzu Səfərovanın yaradıcılıq gecəsi

 

Beynəlxalq Muğam Mərkəzində “Klassik musiqi inciləri” layihəsi çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi, pianoçu Arzu Səfərovanın yaradıcılıq gecəsi keçirilib.

Tədbiri açan BMA-nın professoru Hökumə Əliyeva həmkarı haqqında fikirlərini bölüşüb. Bildirib ki, A.Səfərova istedadlı pianoçu kimi ölkəmizi beynəlxalq festival və müsabiqələrdə layiqincə təmsil edir. Onun tələbələri böyük nailiyyətlər qazanıblar.

Sonra əməkdar artistlər Təranə Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov, Ələkbər Ələkbərov, həmçinin Rövşən Qurbanov, Fərid Quliyev, Nahid Məmmədov, Aytən İbrahimova, Mehri Əsədullanın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.7.