Xalçalarımız Çində beynəlxalq sərgidə nümayiş olunur

2-6 iyun tarixində Çin Xalq Respublikasının Sinin şəhərində Çinqay Beynəlxalq xalça sərgisi keçirilir.

Sərginin əsas məqsədi qədim, ənənəvi və müasir üslubda toxunmuş xalçaların nümayişixalça istehsalı ilə məşğul olan şirkətlərin Çin bazarı üzrə marşrutun genişləndirilməsindən ibarətdir.

Sərgidə 50-dən çox ölkənin xalça sahəsində aparıcı assosiasiyaları, tanınmış beynəlxalq nəşr və xalça istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinə aid ənənəvi xalça nümunələri, milli geyimlər, zərgərlik inciləri, eləcə də ölkəmizin xalçatoxuma texnikası nümayiş edilir. Burada keçirilən ustad dərslərində Qarabağın zəngin xalça mədəniyyəti və xovlu xalça texnikası göstərilib.

Azərbaycanın guşəsinə böyük maraq göstərən yerlixarici ziyarətçi və media nümayəndələrinə ölkəmizin qədim adət-ənənələrindən irəli gələn xalça sənəti və onun xalqımızın gündəlik həyatındakı rolu haqqında dolğun məlumat verilir.

Sərgi çərçivəsində keçirilən dəyirmi masakonfransda Azərbaycan Respublikası Mədəniyyət NazirliyiXalça Muzeyinin nümayəndələri də iştirak ediblər, bu sahədə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

 

 

Mədəniyyət.- 2018.- 6 iyun.- S.15.