Məktəb-studiya şagirdlərinin yubiley konserti

 

  Mayın 29-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileləri münasibətilə BMA-nın məktəb-studiyası şagirdlərinin konserti keçirildi.

Əvvəlcə BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova çıxış edərək hər iki yubileyin tariximizdəki yerindən söz açdı.

Sonra səhnəyə çıxan məktəb-studiyanın şagirdləri maraqlı ifaları ilə dinləyicilərin zövqünü oxşadılar. Proqramda həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer almışdı.

Konsertin yaşca ən kiçik iştirakçısı – respublika və beynəlxalq müsabiqələr laureatı Zərrin Şükürün fortepianoda RumanınGənclik albomundanKiçik romansvə AmolunArzu” əsərini uğurlu ifa etməsi zalda alqışlarla müşayiət olundu.

II sinif şagirdi Ləman Qasımovanın saksafonda ifası da alqış qazandı.

Ardınca dinləyicilər respublika və beynəlxalq müsabiqələr laureatı Daniil Tyurinin fortepianoda, respublika müsabiqəsi laureatı Rəşad Abdullayevin fleytada  mükəmməl ifalarını rəğbətlə qarşıladılar.

Respublika müsabiqəsi laureatı Samuil Səlimov (klarnet), respublika və beynəlxalq müsabiqələr laureatı E.Hüseynov (violin) və Mark Zençenkonun (violonçel) ifaları, V.AdıgözəlovunBakı” mahnısının vokalçı L.Baxışovanın ifasında səslənməsi, skripkaçılar Nuradin Abdullayev və Xədicə Mehdiyeva V.Montinin “Çardaş” əsərini duet şəklində ifa etməsi də konsertin yaddaqalan nömrələri idi.

Konsertin sonunda sözləri Gülər Əlvanqızı və Qabil Ədalətə, musiqisi Aytən İbrahimovaya məxsusUlu bir sərkərdə, ulu bir öndərkompozisiyası səsləndi.

                 

 

 Aytən MANAFOVA

 Musiqişünas

 

 Mədəniyyət.- 2018.- 6 iyun.- S.13.