Timur Əsgərov “Cəvahirat” baletində

 

      İyunun 10-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

      Səhnə əsərində Brilyant qaş partiyasını həmvətənimiz, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov təqdim edəcək.

     Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

 

      Mədəniyyət.- 2018.- 6 iyun.- S.13.