Türk dilində ilk İsgəndərnamənin surəti Bakıya gətirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından Osmanlı şairi Tacəddin İbrahim Əhmədinin İsgəndərnamə poemasının surətini əldə edib.

Əlyazmalar İnstitutundan bildirilib ki, şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib. Həcmi səkkiz min beytdən artıq olan bu əsər türkcə ilk İsgəndərnamədir.

Tacəddin İbrahim Əhmədi Osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.

 

 

Mədəniyyət.- 2018.- 8 iyun.- S.2.