Uşaq Filarmoniyasının “Məzəli Şalı” adlı konserti

 

        Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində “Məzəli Şalı” adlı konsert proqramı ilə çıxış edib.

Konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və Beynəlxalq uşaqları müdafiə gününə həsr olunub. Bəstəkar və xalq mahnılarımız, rəqslərimizlə yanaşı, dünya xalqlarının mahnı və rəqsləri konserti daha da rəngarəng edib.

Tamaşaçılar Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblından başqa, “Şəms” Uşaq xoruUşaq xor kapellasının çıxışlarını da izləyiblər.

Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Rəqslərin qurulmasında “Folklor” rəqs ansamblının bədii rəhbəri Nigar Zeynalovanın xüsusi əməyi var.

Yüzdən çox uşağın iştirakı ilə reallaşan konsert tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.

 

 

       Mədəniyyət.- 2018.- 8 iyun.- S.5.