Mikayıl Müşfiqin adını daşıyan məktəbdə anım mərasimi

 

     XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə onun adını daşıyan Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbində anım tədbiri təşkil olunub.

Əvvəlcə iştirakçılar şairin Sayadlar kəndindəki abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir şairin adını daşıyan Giləzi qəsəbə tam orta məktəbində davam edib.

Məktəbin direktoru Svetlana Rüstəmova tədbirin Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli sərəncamına əsasən keçirildiyini söyləyib, nakam şairin həyat və yaradıcılığından danışıb.

Məktəblilər şairin “Yenə o bağ olaydı”, “Oxu, tar” şeirlərini və yaradıcılığından digər nümunələr səsləndiriblər.

 

 

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.6.