Həvəskar rəssamların sərgisi

 

    İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində “Cubik School of Fine Arts”ın həvəskar rəssamlarının “Artişok” sərgisi açılıb.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək sərgidə müxtəlif yaş qruplarından olan həvəskar rəssamların ümumilikdə 120 əsərinin nümayiş olunduğunu bildirib. Belə sərgilərin təşkili uşaqların sənətə marağını artırır, onları daha böyük həvəslə əsərlər yaratmağa sövq edir.

Sonra rəssamlara sertifikatlar təqdim edilib.

 

 

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.6.