Parisdəki diplomat xanımlar mədəni irsimizlə tanış olublar

 

    Fransada fəaliyyət göstərənBienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri ölkəmizin səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Assosiasiya üzvlərinə tariximiz, mədəniyyətimiz, ənənələrimiz haqqında geniş məlumat verilib. Ölkəmizin görməli yerlərini mədəni irs abidələrini əks etdirən videoçarxlar nümayiş olunub.

Fransa-Amerika Administrativ Şurasının vitse-prezidenti, “İncəsənət Mədəniyyət Assosiasiyasının prezidenti Nikol Torcman çıxış edərək Mədəniyyət mərkəzi, onun yerləşdiyi məhəllənin tarixi haqqında məlumat verib.

Assosiasiyanın üzvləri mərkəzdə fəaliyyət göstərən muzeydə tariximiz, milli geyimlərimiz, qədimdə istifadə edilmiş məişət avadanlıqlarından ibarət eksponatlarla, eləcə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edən sərgi ilə tanış olublar. Onlar Bakıya səyahət etmək, şəhərin gözəlliklərini görmək arzularını bildiriblər.

Sonra gənc pianoçu Etibar Əsədli “Ala gözlüm”, “Zübeydəmahnılarını milli caz musiqisi nümunələrini səsləndirib.

Qeyd edək ki, “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri Fransada akkreditə olunmuş qadın səfirlər ya səfirlərin həyat yoldaşları, eləcə müxtəlif ölkələrin səfirliklərində fəaliyyət göstərən diplomat qadınlardan ibarətdir.

 

 

Mədəniyyət.- 2018.- 8 iyun.- S.7.