İki tədris ocağının birgə konserti

 

   Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət təhsili mərkəzi ilə birgə   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş konsert keçirilib.

   Uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov tədbiri açaraq qonaqları salamlayıb.

   Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev və Şamaxı şəhər İncəsənət təhsili mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək iştirakçıları Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik ediblər.

   Namiq Rzazadə Ağdaş şəhər Uşaq musiqi məktəbinə rəsm əsəri təqdim edib.

   Sonra hər iki tədris ocağının müəllim və şagirdləri tərəfindən hazırlanmış konsert proqramı tamaşaçılara təqdim olunub.                                                                                                                                                                              

 

 

   Mədəniyyət.- 2018.- 8 iyun.- S.9.