Tərcümə Mərkəzində Ukrayna yazıçıları ilə görüş

 

    İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə ukraynalı yazıçılardan ibarət nümayəndə heyəti Tərcümə Mərkəzində olub.

    Mərkəzdən bildirilib ki, görüşdə son illər Azərbaycan-Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş “Müasir Azərbaycan poeziyası”, həmçinin ölkəmizdə nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb. Bu nəşrlərin xalqlar arasında dostluq tellərinin möhkəmləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışılıb.

   Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının gözəlliyindən, xalqlarımız arasında doğmalığın dərin köklərindən danışıb, mövcud ədəbi əlaqələrin iki ölkənin ədəbiyyatına töhfələr verdiyini bildiriblər.

  Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibatlı “Kiyev Sofiyası” kitabını Tərcümə Mərkəzinə hədiyyə ediblər.

 

 

  Mədəniyyət.- 2018.- 8 iyun.- S.15.