Üç dənizin səsi”ndən Cümhuriyyətin 100 illiyinə

 

    Tekfenorkestri Bakıda konsert proqramı ilə çıxış edib

 

    İyunun 5-də Heydər Əliyev MərkəzindəTekfenFilarmoniya Orkestri “100 iladlı möhtəşəm konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

    Klassik musiqi axşamında orkestr tanınmış dirijor Àziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə Azərbaycan bəstəkarları     Qara Qarayev Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

   Dünya şöhrətli pianoçu Hüseyin Sermet kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

   Yüksək peşəkarlıq eyni zamanda universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.

   Dirijor Àziz Şoxakimov jurnalistlərə müsahibəsində həmişə Azərbaycana gəlmək arzusunda olduğunu, Bakıda çıxış etməsindən məmnun qaldığını bildirib. Musiqimizə valeh olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.

   Kamança ifaçısı Mehri Arifqızı isəTekfenFilarmoniya Orkestri ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu deyib.

   Qeyd edək ki, “TekfenFilarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm   Üç dənizin səsiadı ilə tanınır.

   Orkestrin ölkəmizdə ilk konserti 2003-cü il yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında reallaşıb.

 

  

    Mədəniyyət.- 2018.- 8 iyun.- S.16.