Toğrul  Nərimanbəyovun  xatirəsi  anılacaq

 

      İyunun 14-də Milli İncəsənət Muzeyində dünya şöhrətli fırça ustası, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun xatirəsinə həsr edilən tədbir keçiriləcək.

      Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə Toğrul Nərimanbəyovun Azərbaycan incəsənətinə töhfələrindən danışılacaq, rəssamlar və sənətşünaslar onunla bağlı xatirələrini bölüşəcəklər.

     Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Litva Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Sənətkarın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiyateatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzujanr rəngarəngliyi, özünəməxsus üslubu ilə səciyyələnir.       Rəssamın əsərləri dünyanın sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilir, şəxsi kolleksiyalarda saxlanılır.

     2013-cü il iyunun 2-də Parisdə vəfat edən Toğrul Nərimanbəyov bu şəhərdəki “Passi” qəbiristanlığında dəfn olunub.

 

 

      Mədəniyyət.- 2018.- 13 iyun.- S.2.