Gənclər kitabxanasında dəyirmi masa

 

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Qurtuluş - müasir Azərbaycanın inkişafının başlandığı tarixmövzusunda dəyirmi masa keçirilib.

    Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi mühitində müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərləri ehtiva edən yeni ideologiyanın əsasının qoyulmasından danışıb.

    Yasamal Rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov, kitabxanaçılar Sona Yaqubova, Şəlalə Cəfərli və digər çıxış edənlər 1993-cü ilin 15 iyununun xalqımızın tarixinə taleyüklü gün kimi daxil olduğunu vurğulayıblar.

    Milli Qurtuluş Günündən bəhs edən videoçarx nümayiş olunub, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

    Sonda tədbir iştirakçıları “Azadlığa gedən yol” adlı kitab sərgisinə baxıblar.

 

 

    Mədəniyyət.- 2018.- 13 iyun.- S.6.