Sənət və ailə sevgisini eyni paylaşan aktrisa

                                                                                                                  

     Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu

 

     Sofiya Bəsirzadə bütün yaradıcılığı boyu səhnədə kinoda əsasən ikinci planda görünsə , xarakterik obrazlar yaradıb. Onun səhnə görkəminin təravəti həmişə göz oxşayıb.

     Bu fikirlər iyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr kino aktrisası, Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyinə həsr edilmiş tədbirdə səsləndi.

     Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Dövlət Teatr Muzeyi tərəfindən hazırlanan, aktrisanın həyat yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış oldular.

     Sənətkarın yaradıcılıq yolundan bəhs edən videoçarxın nümayişindən sonra çıxış edən Milli Dram Teatrının bədii rəhbəri direktoru, Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, hamımızın “Sofa xanımdeyə müraciət etdiyimiz gözəl bir xanımın, görkəmli aktrisamızın 100 illik yubileyini qeyd edirik.

     Qeyd olundu ki, Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918-ci il fevralın 28-də Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşı olanda ailəsi Bakıya köçüb. 134 saylı məktəbin yuxarı siniflərində oxuyanda dram dərnəyinə üzv yazılır. 1936-cı ildə Bakı Teatr Məktəbinə daxil olan Sofiya xanım həmin ilin noyabrından Akademik Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxır. Ümumiyyətlə, səhnədə 100-dən çox obraz yaradan aktrisanın oyunu hər zaman tamaşaçıların alqışı ilə qarşılanıb.

    Aktrisanın Nisə xanım (“Lənkəran xanının vəziri” - M.F.Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “DönüşSolğun çiçəklər” - C.Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan”, “Səyavuş” - H.Cavid), Məryəm, Tamara, Tatyana (“Fərhad Şirin”, “Vaqif”, “İnsan” - S.Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin” - N.Vəzirov), Anna Dmitriyevna (“Canlı meyit” - L.Tolstoy) s. rolları ifadə vasitələrinin zənginliyi baxımından hər zaman seçilib.

    Onun kino tariximizdə yaratdığı rollar da yaddaqalan seviləndir.Yol əhvalatı”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək digər filmlərdə yaratdığı rollar bu gün sevilərək xatırlanır. Uzun illər Milli Dram Teatrının səhnəsində, ömrünün son illərində isə Bakı Bələdiyyə Teatrında çalışan aktrisanın yaradıcılığı yüksək qiymətləndirilib. O, 1955-ci ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. S.Bəsirzadə 2000-ci il yanvarın 4-də vəfat edib.

    Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, İlham Namiq Kamal aktrisa ilə bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, sənət ailə sevgisini eyni paylaşan aktrisa hər iki sahədə özünü təsdiq etməyi bacarıb. Xoş xasiyyəti, sənətinə sona qədər sevgisi, həmkarlarına ehtiramı ilə yaddaşlarda qalan sənətkar ruhən həmişə bizimlədir.

    Çıxışlarda sənətkarın adının fərqli ifadə olunmasına da aydınlıq gətirildi. Bildirildi ki, aktrisanı çox vaxt Sofa kimi təqdim etsələr , özü adının tarixçəsini həmişə böyük sevgi ilə xatırlayardı. Deyərdi ki, əmisi o vaxt Türkiyəyə səyahət etmiş Ayasofya məbədini ziyarət etdikdən sonra dünyaya gələn qardaşı qızına Sofiya adının verilməsini arzulamışdı...

    Vurğulandı ki, onun Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, Avropa rus klassiklərinin tamaşalarında oynadığı rollar da əvəzedilməzdir. Məhz bu səbəbdən bu gün yubiley çərçivəsində N.QoqolunMüfəttiştamaşası nümayiş olunacaq. Aktrisa vaxtilə bu tamaşada ən gözəl rollardan birini - Mariya Antonovnanı ifa edib.

    Tədbirdə aktrisanın ailəsi adından çıxış edən oğlu Camal Vəzirov, gəlini İradə Vəzirova tədbirin təşkilatçılarına  iştirakçılara təşəkkürlərini bildirdilər. Qeyd olundu ki,    S.Bəsirzadə ömrünün sonuna qədər tamaşalarda oynayıb. Çəkildiyi filmlər bu gün maraqla qarşılanır.

    Sonda tədbir iştirakçıları teatrın səhnəsində N.Qoqolun eyniadlı pyesi əsasında hazırlananMüfəttiştamaşasını izlədilər.

 

 

    Lalə AZƏRİ

 

   Mədəniyyət.- 2018.- 13 iyun.- S.7.