“Açıq kitabxanada gənc şairin imza günü

 

    Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın “Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

    Tədbirdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

    Tədbirdə müəllifin həmkarları, qələm yoldaşları, müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli çıxış edərək gənc şairi təbrik edib, ürək sözlərini bölüşüblər.

    Sonra İntiqam Yaşar öz şeirlərini söyləyib və “Evdə yoxam” kitabını imzası ilə oxuculara təqdim edib.

 

 

    Mədəniyyət.- 2018.- 13 iyun.- S.8.