Caz improvizasiya sənəti”

 

 

Azərbaycanlı pianoçu Moskva Dövlət Konservatoriyasında çıxış edib

Azərbaycanlı pianoçu, Moskva Konservatoriyasının aspirantı, beynəlxalq müsabiqələr laureatı Riad Məmmədov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çıxış edib.

Moskva Konservatoriyasının Raxmaninov zalında “Caz improvizasiya sənəti” adlı konsert təşkil olunub. Musiqi gecəsində tanınmış bəstəkar və pianoçu, müəllim Qriqori Faynın tələbələri iştirak ediblər.

Riad Məmmədov konsertdə Vaqif Mustafazadənin “Bahar” kompozisiyasını və Qriqori Faynın “Yenə birlikdə” və “Şərq melodiyası” kompozisiyalarını səsləndirib.

Gecədə həmçinin pianoçular Yelizaveta Terentyeva, Nikita Xabin, İvan Qostev, Sergey Tyutin, Dmitri Fayn və digərləri çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.9.