Azərbaycanlı şairənin kitabı özbək dilində çap edilib

 

 

Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında özbək dilində nəşr edilib.

Layihənin rəhbəri və ön sözün müəllifi AMM-in direktoru Samir Abbasov, tərtibçisi Qulu Kəngərlidir. Kitabı orijinaldan özbək dilinə tanınmış tərcüməçi Şəhla Qasımova çevirib.

Ön sözdə qeyd edilir ki, Məhsətilər, Natəvanlar yetişdirən Azərbaycan xalqı XX əsrdə də xanım şair və yazıçıları ilə tanınıb. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökümə Bülluri, Əzizə Əhmədova və digər ədiblərin əsərləri ədəbiyyatımızın zəngin xəzinəsinə aiddir. Müasir dövrdə Azərbaycan ədəbiyyatında öz dəst-xətti, qələmi ilə seçilən şairələrdən biriSona Vəliyevadır. Kitabda müəllifin Vətən, Azərbaycan, Qarabağ, təbiət və məhəbbət mövzularında şeirləri yer alıb.

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.15.