Xalq artisti Hacıağa Abbasovun 130 illiyi qeyd edilib

 

     Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət mərkəzində Azərbaycanın görkəmli teatr xadimi, aktyor, dramaturq, Xalq artisti Hacıağa    Abbasovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

     Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin əməkdaşı Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar artist Əli Nur, Hacıağa Abbasovun nəvəsi Elşanə Kərimbəyova görkəmli sənətkarın həyat fəaliyyətindən danışıblar.

     Bildirilib ki, Hacıağa Abbasovun vaxtilə səhnədə yaratdığı Hacı Qara (“Hacı Qara”), Hacı Qəmbər (“Yağışdan çıxdıq, yağmura düşdük”), Mirzə Mehdi xan (“Nadir şah”), Qubad (“Dəmirçi Gavə”) digər rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb.

    Sənətkarın yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

    İstedadxalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin, aktyorun adını daşıyan Mədəniyyət mərkəzininİncəsənətrəqs ansamblının çıxışları maraqla qarşılanıb.

 

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.8.