Kimdir müqəssir?” tamaşası nümayiş olunub

 

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.

    Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilən tamaşanın rejissoru Elşən Zeynallı, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu         Könül Şahbazovadır.

    Əsərdə kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

    Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa ediblər.

 

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.6.