Teatr-studiya yetirmələrinin “Nəğmə çələngi”

 

      İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri 15 iyun – Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə “Nəğmə çələngi” adlı konsert proqramı ilə çıxış ediblər.

      Teatrın direktoru Rəşad Əhmədzadə konsertdən öncə teatrın maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik, mənəvi dəyərlər ruhunda tərbiyəsi məqsədilə davamlı olaraq tədbirlər keçirdiyini diqqətə çatdırıb.

      Əməkdar artist Firuzə İbadovanın yetirmələrinin ifa etdikləri bəstəkar, xalq və estrada mahnıları balaca tamaşaçıların ürəyincə olub.

      Studiyanın yetirmələrinin təqdim etdikləri proqrama rəngarəng musiqilərlə yanaşı, müxtəlif tamaşalardan səhnəciklər də daxil edilib.

 

 

      Mədəniyyət.- 2018.- 15 iyun.- S.5.