Korifey sənətkarın xatirəsi yad edilib

 

     Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında görkəmli teatr rejissoru, aktyor, teatrşünas alimpedaqoq Mehdi Məmmədovun 100 illik yubileyi münasibətilə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə xatirə gecəsi keçirilib.

     Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycanın  teatr tarixinə parlaq səhifələr yazmış Mehdi Məmmədovun həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verib.

     Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Firudin Məhərrəmov korifey rejissorun quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında söz açıb, eləcə də sənətkarın son tələbələrindən biri kimi özünün xatirələrini danışıb.

    Əməkdar artist Nizaməddin Bağırov Mehdi Məmmədovun müxtəlif teatrlarda səhnələşdirdiyi əsərlərdən söhbət açıb, Hüseyn Cavidinİblis” faciəsindən Arifin monoloqunu    U.ŞekspirinHamlet” əsərindən Hamletin monoloqunu söyləyib.

    Tədbirdə iştirak edən 1 saylı məktəbin şagirdləri Mehdi Məmmədovun quruluş verdiyi Hüseyn Cavidinİblis” faciəsindən bir parça nümayiş etdiriblər.

 

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.6.