Türkiyədə Mübariz İbrahimov haqqında kitab çap olunub

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab Türkiyədə nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğuMübariz” romanı “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxıb.

Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə onun 20 Yanvar faciəsinə həsr olunanFerize. Kanlı Yanvar” adlı kitabı işıq üzü görmüşdü.

Y.Şen həmçinin Azərbaycan Respublikası Mədəniyyət NazirliyininZengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan ədəbiyyatı nümunəsinin tərcüməçisidir.

İyunun 19-da İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Nəşrin Bakıda da təqdimatı planlaşdırılır.

 

 

Mədəniyyət.- 2018.- 15 iyun.- S.9.