Gədəbəy Aşıq Məktəbində görüş

 

     Gədəbəy Aşıq Məktəbində saz-söz sənətinin tanınmış isimlərindən Aşıq Dəmir Vəliyevlə görüş keçirilib. Görüşdə tanınmış aşığın respublikadaxarici ölkələrdə aşıq sənətimizin təbliğində xidmətlərindən və layiq görüldüyü təltiflərindən söz açılıb.

     Aşıq Dəmir Vəliyev son illərdə bölgələrdə bu sənətə olan marağın artmasının, çalğı və oxu ifalarının, dastançılığın artıq teatrlaşdırılmasının, bir sözlə bu el sənətinin əhatəli şəkildə, inkişafının əhəmiyyətindən danışıb.

     Tanınmış sənətkar Aşıq məktəbində tədrisin vəziyyəti ilə də tanış olub, şagird və müəllimlərin ifalarını dinləyib. Maraqlı keçən görüşdə aşıq özü də müxtəlif havaları səsləndirib, saz və balabanın birgə ifası zamanı xüsusilə nələrə diqqət verilməsini tövsiyə edib.

     Qonaqla məktəbdə və Dədə Ələsgərin heykəli önündə şəkillər çəkdirilib.

 

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.11.