Muzeyin dostları” adlı tədbir keçirilib

 

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıtın Tarixi Muzeyi, “Hədəf” tədris mərkəzinin Sumqayıt filialı və şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə “Muzeyin dostları” adlı tədbir keçirilib.  

    Tədbirdə şəhər Təhsil şöbəsinin Metodik mərkəzinin direktoru Gülbahar Haqverdiyeva, “Hədəf” tədris mərkəzinin Sumqayıt filialının direktoru Vüsal Heybətov, Əməkdar jurnalist Rəhman Orxan, rəssam Nəsibə Şükürova və digər çıxış edənlər Sumqayıtın Tarixi Muzeyinin fəaliyyətinə toxunub, mədəniyyət ocağının şəhərin tarixində rolundan söz açıblar.

    “Hədəf” tədris mərkəzi müdavimlərinin iştirakı ilə muzeyin 50 illik tarixinə həsr olunmuş ədəbi-bədii kompozisiya, mövzu ilə əlaqədar muzey materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

    İştirakçılar Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

    Sonda “Muzeyin gənc dostları” nominasiyası üzrə fəxri fərman və sertifikatlar təqdim edilib.

 

 

   Mədəniyyət.- 2018.- 15 iyun.- S.11.