Lənkəran teatrınınMoskvalı gəlin”i Yardımlıda

 

     İyunun 13-də Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub. Yaradıcı kollektiv şəhər Mədəniyyət sarayının səhnəsində yazıçı-publisist Hafiz    Mirzənin “Ay lolo ya moskvalı gəlintamaşası ilə çıxış edib.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

    Səhnə əsərində rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər   Quliyeva, Nizami Qurbanov digərləri ifa ediblər.

   Yardımlı Rayon İcra Hakimiyyətinin, idarə təşkilatların nümayəndələri, rayon sakinlərinin izlədiyi tamaşa maraqla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2018.- 15 iyun.- S.11.