Tarix-diyarşünaslıq muzeyində “İşıqlı ilmələr”

 

    UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə Şabran Tarix-Diyarşünaslıq Muzeyində “İşıqlı ilmələr” adlı tədbir keçirilib.

    Tədbirdə Şabran şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mədəniyyət mərkəzinin, Mərkəzləşdirilmiş kitabxana sisteminin, Poeziya evinin əməkdaşları iştirak ediblər. Muzeyin işçiləri xalça sənətinin inkişafı, dünya muzeylərindəki Azərbaycan xalçaları, xarici rəssamların əsərlərində xalçalarımızın təsviri, qədim Şabran xalçaları barədə söhbət açıblar. “Xalça haqqında dastan” adlı sənədli film və Şabran xalçaları haqqında slayd  nümayiş etdirilib.

     Sonda “Qızıl əllər” adlı sərgiyə baxış keçirilib.

 

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.12.