Star of Asiafestivalı başlayır

 

     İyunun 16-da Almatıda, dünyanın ən yüksək buz meydançası – “MedeudaStar of Asiabeynəlxalq musiqi festivalı başlayır. İki gün ərzində iştirakçılar ilə yanaşı tanınmış yerli artistlər, televiziya ulduzları və ictimai xadimlər festivalın qırmızı xalçasının üstü ilə addımlayacaqlar.

     Amerikalı müğənni Anastasiya, KoreyanınASTROpop kollektivi, İransveç müğənnisi Araş və Qazaxıstanı təmsil edən müğənni Erke EsmaxanStar of Asianın hedlaynerləri (afişalarda adı birinci cərgədə yazılan sənətçi) elan edilib. Şouda RusiyanınSerebro”, YaponiyanınPinochhio P feat. Hatsune Mikuqrupları, Özbəkistandan Sevara,      Azərbaycandan Dilarə Kazımova, Qırğızıstandan Jiydeş İdrisov, Hindistandan İşeeta Çakrvarti kimi tanınmış müğənnilər də festivalın qonağı olacaqlar.

     Festival iştirakçıları alternativ və əlçatımlı enerji mənbələrinin axtarışına, şəhərlərin enerji təhlükəsizliyi və davamlı enerji təminatı problemlərinə diqqət çəkəcək beynəlxalq fleşmobda da iştirak edəcəklər. Tədbir canlı yayımla dünyanın 100-dən çox ölkəsində göstəriləcək.

     Xatırladaq ki, açıq havada ilk “Star of Asia” festivalı 19-20 avqust 2017-ci il tarixində keçirilib. Festival məşhurAziya dauısı” Almatı musiqi müsabiqəsinin ən xoş ənənələrini davam etdirir.

 

 

     G.MİRMƏMMƏD

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.13.