İpək Yolu - dialoqa aparan yol

      Ölkəmiz Xorvatiyada beynəlxalq festivalda təmsil olunub

 

      Azərbaycanın Xorvatiyadakı səfirliyi iyunun 9-dan 14-dək Korçula şəhərində (məşhur səyyah Marko Polo orada doğulub) keçirilən III “İpək Yolu - dialoqa aparan yoladlı     Beynəlxalq Marko Polo festivalında iştirak edib.

     Festivalın məqsədi Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətləri təbliğ etmək, xalqlar arasında dialoqu inkişaf etdirməkdir.

     Festival çərçivəsində İpək Yolu ölkələrinin bədii filmlərinin, xalqlararası dialoqa, tolerantlığa çağıran sənədli filmlərin nümayişi, sərgi digər tədbirlər keçirilib.

     Ölkəmiz festivalda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə həsr edilmişƏbədi ezamiyyətsənədli filmi ilə təmsil olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə     Bakı Media Mərkəzi tərəfindən çəkilmiş film Cümhuriyyətin 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyətinin taleyindən bəhs edir.

     Tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov bildirib ki, mənbələrdə Marko Polonun Azərbaycana da gəldiyi qeyd edilir. Səyyah əsərlərində Abşeronda neft yataqlarının mövcudluğu barədə məlumat verib, məşhurYanardağ”ı təsvir edib. Diplomat deyib ki, ölkəmiz mədəni tədbirlərin keçirilməsinə xüsusi önəm verir festival çərçivəsindəƏbədi ezamiyyətsənədli filminin nümayişi ilə yanaşı, sərgi təşkil edilib. Qeyd edək ki, festivaldakı Azərbaycan guşəsində Xalq Cümhuriyyətinin tarixinə, dövlət rəmzlərinə dair materiallar, eləcə respublikamızın mədəni irsi, görməli yerləri ilə bağlı kitablar, bukletlər, broşürlər, suvenirlər milli geyimlər nümayiş olunub.

 

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.16.