Dünya Qaçqınlar Günü ilə bağlı tədbir

 

 

İyunun 20-də Beynəlxalq Muğam Mərkəzində Dünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatından bəhs edən fotosərgiyə baxıblar.

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio De Angelis, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış ediblər.

Bildirilib ki, bu gün dünyada 60 milyondan çox insan qaçqın həyatı yaşayır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq müharibəsi nəticəsində 1 milyondan çox azərbaycanlı 30 ilə yaxındır ki, yurd-yuvasından didərgin düşüb. Dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində böyük səylər göstərilir. Qaçqınların sosial vəziyyəti xeyli yaxşılaşıb. Lakin onların ən böyük problemidoğma yurd-yuvalarına qayıtması məsələsi həllini tapmayıb. Bunun üçün böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi  aradan qaldırmalıdırlar.

 

Tədbir bədii hissə ilə davam edib. Qaçqınlıq problemindən bəhs edən səhnəcik nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.2.