Mədəniyyət işçiləri üçün səyyar seminar-treninqlər

 

 

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların ixtisaslarının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan səyyar seminar-treninqlər də bu işlərin mühüm tərkib hissəsidir.

 

Mərkəzdən verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə 2010-2017-ci illərdə keçirilən səyyar yay seminar-treninqlərində ümumilikdə 1752 nəfər dinləyici iştirak edib.

 

Azərbaycanın maddiqeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası, mədəniyyətin və xalq yaradıcılığının dəstəklənməsi, əhalinin asudə vaxtının təşkilində mədəniyyət mərkəzlərinin rolunun artırılması, habelə kitabxana işinin təşkilində innovasiyaların tətbiqi məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı növbəti səyyar seminar-treninqlərin keçirilməsi planlaşdırılıb.

 

İyunun 27-dən iyulun 1-dək Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları üzrə mədəniyyət mərkəzləri və klub işçiləri üçünMaddiqeyri-maddi mədəni irsin yerlərdə qorunması və təbliği”, iyulun 3-dən 7-dək Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir, Tərtər rayonları üzrə mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçünKitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda seminar-treninqlər təşkil olunacaq.

 

Həmçinin iyulun 10-dan 14-dək Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy, Daşkəsən rayonları üzrə abidə mühafizəçiləri üçünTarixi abidələr bu günsabah: mühafizə problemləri”, 17-21 iyul tarixində isə Ağstafa regional mərkəz olmaqla QazaxTovuz rayonları üzrə abidə mühafizəçiləri üçünTarixi abidələr bu günsabah: mühafizə problemləri” mövzularında səyyar seminar-treninqlərin keçirilməsi nəzərdə tutulur.

 

Regionların abidə mühafizəçiləri üçün səyyar seminar-treninq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.

Mədəniyyət.- 2018.- 22 iyun.- S.4.